Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzzada aclıq riskinin yüksək olduğunu və bu vəziyyətin qarşıdurmalar və məhdud humanitar yardımlar səbəbiylə günü-gündən artdığını bildirib.
Sitat.info xəbər verir ki, Ghebreyesus və ÜST-nin Qlobal Fövqəladə hallar direktoru Mayk Rayan ÜST-nin həftəlik mətbuat konfransında qiymətləndirmələr aparıblar.
ÜST-nin Qəzzada səhiyyə sistemini və tibb işçilərini dəstəkləməkdə çətinliklərlə üzləşməyə davam etdiyini vurğulayan Ghebreyesus, bu gündən etibarən Qəzzada 100 mindən çox insanın öldüyü, yaralandığı və ya itkin düşdüyü güman edildiyini bildirib.
Seymur Bənnayev
Sitat.info