Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib.
Sitat.info xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.
O, bu gün Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək.
N.Paşinyanın bir sıra rəsmi görüşlər keçirəcəyi gözlənilir.