ABŞ-da təyyarə treyler parkına çırpıldı: ölənlər var

12:00 2 Fevral 2024

ABŞ-nin Florida ştatının Kliruoter şəhərində “Beechcraft Bonanza V35” yüngül təyyarəsi treyler parkına çırpılıb.

Sitat.info xəbər verir ki, yerli yanğınsöndürmə xidmətinin rəisi Skott Elers həm təyyarədə, həm də mobil evdə bir neçə nəfərin öldüyünü bildirib.

O, ölənlərin dəqiq sayını açıqlamayıb.

Elersin sözlərinə görə, təyyarə parkdakı evlərdən birinin üzərinə düşüb. Qəza nəticəsində yanğın daha dörd qoşquya yayılıb.



Xəbər xətti