Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb.
Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.