Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır
Sitat.info xəbər verir ki, bunu Azərbaycan Kartoqraflar İctimai Birliyinin sədri Müqabil Bayramov deyib.
O bildirib ki, xəritənin 40%-i hazırdır: “Xəritə iki formatda hazırlanır. Bu xəritələr vasitəsiylə bilmək olacaq ki, Ermənistanın harda faydalı qazıntıları var. Xəritədə Ermənistanın Azərbaycanla sərhəddində olan dağ- mədən sənayesinin yerləşdiyi yerləri deyil bütün Ermənistanı ərazisini əhatə edəcək. Eyni zamanda xəritədə ekoloji məlumatlar da yerləşdiriləcək. Hansı çaylar hansı maddələrlə çirkləndirilir və hara axıdılır.
Xəritənin təqdimatı dörd aydan sonra planlaşdırılır. Xəritə Azərbaycan, ingilis və erməni dilində olacaq”.
M. Bayramov əlavə edib ki, xəritə Azərbaycan toponimləriylə hazırlanacaq.
“Biz bu xəritələri ölkəmizdə keçiriləcək COP29 tədbirinin iştirakçılarına paylamağı da düşünürük”,- deyə o qeyd edib.