"İşğalın hədəfi Kiyevdir, geri addım atılmayacaq" - Kadırovdan ŞOK ETİRAF

12:55 11 Aprel 2022

Öz hərbçiləri ilə Rusiyanın işğalçı siyasətini  dəstəkləyən Çeçenistan lideri Ramzan Kadırov etiraf edib ki, Kiyevdən geri çəkilmələrinə baxmayaraq, Ukraynanın paytaxtını işğal etmək məqsədi davam edir.  

SİTAT.İNFO xəbər verir ki, Çeçenistan Muxtar Respublikasının rəhbəri Kadırov bildirib ki, Rusiya təkcə Mariupol deyil, həm də paytaxt Kiyev və Ukraynanın digər şəhərlərinə doğru hərbi əməliyyatlara başlayacaq.

Putinin qatı tərəfdarı kimi tanınan Kadırov paylaşdığı videoda Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərini “tamamilə azad edəcəklərini”, sonra isə Kiyevi və digər şəhərləri ələ keçirəcəklərini iddia edib. Sizi inandırıram, geriyə bir addım da atılmayacaq”, - deyə Kadırov bildirib.

Kadırovun açıqlamaları Moskvanın Kiyevin işğal edilməyəcəyi ilə bağlı tezisinə ziddir və bu hazırda müharibənin real vəziyyəti ilə üst-üstə düşmür. Kreml dəfələrlə iddia edib ki, bütün Ukrayna işğal olunmayacaq, amma artıq qərb cəbhəsi dağılıb.

Sosial şəbəkələrdə həftələrdir bombardman edilən Mariupolda çeçen silahlılarının Ukrayna qüvvələrinə qarşı döyüşdüyünü əks etdirən çoxsaylı videolar yayılıb.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti