Hərbi hissələrdə çörəkbişirmə sexləri yaradılır

14:50 2 Fevral 2024

Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanalarda şəxsi heyətə isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması məqsədilə çörəkbişirmə sexləri yaradılır.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları, müxtəlif çeşidli bulkalar və pirojkilər bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir.

Nazirliyin məlumatına görə, hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir:

“Yeməklərin keyfiyyətinin və çeşidliyinin daha da artırılması, eləcə də şəxsi heyətə milli, dadlı və yüksək kalorili, keyfiyyətli xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz olunub”.



Xəbər xətti