Haaretz: İsrail əsgərləri icazəsiz Qəzzada fələstinlilərin evlərini yandırır

15:06 2 Fevral 2024

Bildirilib ki, İsrail ordusunun komandirləri oktyabrın 7-dən hücuma məruz qalan Qəzza zolağında “hüquqi icazə olmadan” tərk edilmiş evləri yandırmaq əmri verib.

Sitat.info xəbər verir ki, mövzu ilə bağlı xəbər İsraildə çıxan Haaretz qəzetində dərc olunub.

Xəbərə görə, İsrail əsgərlərinin hücumları nəticəsində yüzlərlə fələstinli ev bərpa olunmayacaq dərəcədə ziyan görüb. Son həftələr İsrail əsgərləri komandirlərinin birbaşa göstərişi ilə Qəzza zolağında lazımi “qanuni icazə” olmadan evləri yandırmağa başlayıblar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti