İsrail kəşfiyyatının keçmiş rəisi: Qəzzada qisas müharibəsi aparırıq

15:07 2 Fevral 2024

İsrailin daxili kəşfiyyat agentliyi Şin-Bet (Şabak)-ın keçmiş direktoru Karmi Gillon humanitar fəlakətin gündən-günə dərinləşdiyi Qəzza zolağında “intiqam müharibəsi” apardıqlarını bildirib.

Sitat.info xəbər verir, "Kanal 12" televiziyasına danışan Gillon, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına davam edən hücumları ilə əlaqədar olaraq deyib: "Biz qisas savaşına girdik və bu, yaşadığımız hadisələr qarşısında tamamilə qanunidir".

İsrailin hazırkı hücumları ilə Həmas-ın böyük zərbə aldığını müdafiə edən Gillon, Qəzza zolağında bir güc boşluğu yaranarsa, HƏMAS-ın onu yenidən dolduracağını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti