Xamenei ABŞ-la qarşıdurma barədə göstəriş verdi

15:45 2 Fevral 2024

İranın dini rəhbəri Əli Xamenei ABŞ qüvvələri ilə qarşıdurmadan yayınmaq barədə göstəriş verib.

Sitat.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı cari həftədə İran Ali Milli Təhlükəsizlik Şurası xüsusi iclas keçirib.

İclasda prezident, xarici işlər naziri, silahlı qüvvələrin komandirləri və Xameneinin iki nümayəndəsi ABŞ-ın İrana və ya bölgədəki proksi qüvvələrə hücumu ilə bağlı ssenariləri, buna necə reaksiya veriləcəyini müzakirə ediblər.

“Xamenei açıq-aşkar göstərişlər verib: ABŞ ilə birbaşa müharibədən çəkinin və İranı amerikalıları öldürən proksi qüvvələrin hərəkətlərindən uzaq tutmağa çalışın. Ancaq ABŞ hücum edərsə, cavab verməyə hazır olun”, - məlumatda deyilir.

Nəşr iclas barədə məlumatı adlarının açıqlanmasını istəməyən 3 İran rəsmisinə istinadla yayıb.

Qeyd edək ki, son günlər İrana bağlı bir neçə silahlı qruplaşma ABŞ hədəflərinə hücumları dayandırdıqları ilə bağlı bəyanat yayıb.



Xəbər xətti