“Kiyev ətrafında törədilmiş hərbi cinayətlərin araşdırılmasına kömək etmək üçün Fransadan Ukraynaya heyət gəlib”.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfiri Etienne de Poncins tviterdə də bildirib.
“Kiyev ətrafında törədilmiş hərbi cinayətlərin araşdırılmasında ukraynalı həmkarlarına kömək etmək üçün gələn texniki və elmi jandarm dəstəsini Lvovda salamlamaqdan qürur duyuram”, - Fransa səfiri qeyd edib.
O vurğulayıb ki, Fransa ilk ölkədir ki, Ukraynaya belə yardım göstərir.
Diplomatın sözlərinə görə, Fransadan gələn heyət aprelin 12-dən etibarən işə başlayacaq. (APA)