Seymur Elmir oğlu Adıgözəlov İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
Sitat.info xəbər verir ki, bu barədə yayılan məlumat İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənib.
Buna baxmayaraq, nazirlik indiyədək bu vəzifəni icra edən Elşad Nuriyevin vəzifədən azad edilərək, Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri təyin olunduğunu bildirib.
Zəruri olaraq xatırladaq ki, E.Nuriyevin Bakı Gəmiqayırma Zavodunun İH sədri təyin olunduğu barədə məlumat 21 dekabr 2022-ci ildə - yəni 1 il 1 aydan da çox əvvəl mediada yayılıb. Buna görə də onun "yeni təyinatı" anlaşılmazdır.