"İran onlara sərt cavab verəcək" - Rəisidən ABŞ-ın hədələrinə REAKSİYA

16:40 2 Fevral 2024

İran prezidenti İbrahim Rəisi ölkəsinin müharibəyə başlamaq niyyətində olmadığını, lakin istənilən “tiranlığa” sərt cavab verəcəklərini bildirib.

Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Rəisi Fars körfəzi sahillərində yerləşən Hörmüzqan vilayətinə səfəri zamanı ictimaiyyətə müraciət edib.

Son günlərdə ABŞ ilə artan gərginliyə toxunan Rəisi deyib: "Biz müharibəyə başlamayacağıq, amma zalım bir ölkə və ya güc hər hansı bir zorakılıq etmək istəsə, İran onlara sərt cavab verəcək". 

Yanvarın 28-də İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına kamikadze pilotsuz təyyarə ilə həyata keçirilən hücumda 3 ABŞ əsgəri öülb, 40-dan çox əsgər yaralanıb.

ABŞ rəsmiləri, xüsusilə prezident Co Bayden, İranın özünün dəstəklədiyi qrupların hücumuna görə məsuliyyət daşıdığını və hücuma ABŞ-ın seçdiyi vaxtda və yerdə cavab veriləcəyini bildirib.

İran sözügedən iddiaları rədd edir: "Bölgədəki müqavimət qüvvələri  verdikləri qərarlarda və hərəkətlərində İrandan təlimat almır". 

Səid,

Sitat.info

 



Xəbər xətti