ÜST: Qəzzada qida çatışmazlığından son dərəcə narahatıq

17:33 2 Fevral 2024

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin nümayəndəsi Rik Peeperkorn Qəzzada qida çatışmazlığından son dərəcə narahat olduqlarını bildirib.

Sitat.info xəbər verir ki, Peeperkorn Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn olaraq qatılaraq Qəzzadakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

Qəzzadakı 36 xəstəxanadan 13-nün qismən xidmət göstərdiyini ifadə edən Peeperkorn deyib: "Qəzzada 8 min insanın tibbi təxliyəyə ehtiyacı var, onlardan 6 mini müharibədə yaralanıb, 2 min nəfərin isə başqa sağlamlıq vəziyyəti var".

Kənan

Sitat.info



Xəbər xətti