3 minə yaxın müəllim işə qəbul olundu

18:43 2 Fevral 2024

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 2967 gənc müəllim müddətsiz müqavilə ilə işə qəbul olunub.

Sitat.info xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, 3114 gənc müəllim isə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə götürülüb.



Xəbər xətti