Avropalı fermerlər Belçika-Hollandiya sərhədini bağladılar: Barrikadalar yandırıldı

18:44 2 Fevral 2024

Avropada sərt ekoloji qaydalara və kənd təsərrüfatına dəstəyin azalmasına etiraz edən fermerlər traktorları ilə Belçika-Hollandiya sərhədini bağlayıblar.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrində fermerlərin üsyanı davam edir. AB-nin kənd təsərrüfatı siyasətlərinə etirazlarını davam etdirən belçikalı fermerlər gecə saatlarında traktorları ilə yola çıxıb və Hollandiya sərhədinə çatıblar. Sərhəddəki aksiyaya holland fermerlər də dəstək verib. Belçika tərəfindəki fermerlər Arendonkda, Hollandiya tərəfindəkilər isə Hazeldonkda bir araya gələrək barrikadaları yandırıblar.

Magistral yollarda uzun avtomobil növbələri yaransa da, Hollandiya rəsmiləri lazım olmadıqca Belçikaya getməməyi tövsiyə edib.

Avropalı fermerlər Aİ-nin Yaşıl Sövdələşməsində yer alan pestisid və herbisid qadağalarına və Braziliya və Argentinadan daha çox mal əti idxalına dair yeni razılaşmaya qarşı çıxırlar.

Heyvanların rahat bəslənməsi ilə bağlı ciddi qaydalara əməl etmədikləri üçün bu ölkələrlə rəqabət aparmağın son dərəcə çətin olduğunu bildirən fermerlər, istehsal xərclərinin artması, sərt ekoloji qaydalar və haqsız rəqabət qarşısında əzildiklərini bildirirlər. Fermerlərin fikrincə, ziddiyyətli siyasət nəticəsində kənd təsərrüfatı sənayesi həm ərzaq məhsullarının istehsalını artırmağa, həm də kənd təsərrüfatının ətraf mühitə təsirini azaltmağa çalışır.

Səid,

Sitat.info



Xəbər xətti