Yüzlərlə Qərb rəsmisindən çağırış: Qəzzadakı günahlara ortaq olmaq istəmirik

22:34 2 Fevral 2024

ABŞ, Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələrdə çalışan 800-dən çox məmur birgə bəyanat yayaraq, ölkələrinin Qəzza siyasətinin yanlış olduğunu və "bu əsrin ən böyük humanitar dağıntılarından birinə" ortaq olmaqdan imtina etdiklərini bildirib.

Sitat.info xəbər verir ki, ABŞ, Avropa Birliyi qurumları və Hollandiyada çalışan rəsmilərin təşkil etdiyi və İngiltərə, Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, İsveç və İsveçrədən rəsmilərin də iştirak etdiyi məktub AA-ya daxil olub.

Hazırda müxtəlif səviyyələrdə çalışan 800-dən çox məmur məktubda “Biz bu əsrin ən böyük humanitar dağıntılarından birinə ortaq olmamaq üçün ölkəmiz və özümüz adından əlimizdən gələni etməliyik” yazıb.

Kənan

Sitat.info



Xəbər xətti