Afinada nazirlik önündə partlayış törədildi

12:30 3 Fevral 2024

Yunanıstanın paytaxtı Afinada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında bomba partladılıb.

Sitat.info xəbər verir ki, naməlum şəxslər əvvəl sözügedən nazirliyin qarşısında 40 dəqiqə ərazində partlayış olacağı barədə polisə məlumat veriblər. Əraziyə polis əməkdaşları cəlb edilib. Daha sonra partlayış reallaşıb.

Partlayış nəticəsində ətraf ərazilərdə dağıntılar olduğu bildirilsə də, insan tələfatı qeydə alınmayıb.

Məlumata əsasən, partlayışa görə məsuliyyəti ilk dəfə adı eşidilən “İnqilabçı özünümüdafiə” adlı təşkilat üzərinə götürüb.

 



Xəbər xətti