Fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Sitat.info-ya bildirilib ki, 1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Faktla bağlı araşdırma aparılır.