Araz çayının çirkəndirilməsi ilə bağlı İşçi Qrupu yaradılır.
Sitat.info xəbər verir ki, bunu İranın vitse-prezidenti, Ekologiya Təşkilatının sədri Əli Səlaceqe “Şəfəqna” saytına müsahibəsində deyib.
O, məsələnin nəzarətə götürüldüyünü bildirib:
“Bizim Ermənistanla bu sahədə əlaqələrimiz çox yaxşı səviyyədədir. 18 il ərzində bu məsələyə Energetika Nazirliyi cavabdeh idi. Artıq bir neçə aydır ki, ölkənin Ekologiya Təşkilatına həvalə olunub. Xoşbəxtlikdən bu məqsədlə bizim birinci nümayəndə heyətimiz iki-üç ay öncə İrəvanda Ermənistan rəsmiləri ilə çox səmərəli görüş keçirib. Həmin görüşdə birgə bəyanat və memorandum imzalanıb. Memorandumda Araz çayının çirkləndirilməsi ilə bağlı həm Ermənistanda, həm də İranda üç əsas işçi qrupunun yaradılması nəzərdə tutulub ki, bir-biri ilə əməkdaşlıq edərək lazımi tədbirlər görsün və müzakirələri qarşılıqlı şəkildə davam etdirsin”.