İrəvanda partlayış: ölənlər var - Video

17:36 5 Fevral 2024

İrəvanın Erebuni rayonunda partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Nor Areş küçəsində baş verən partlayış nəticəsində bir və ya iki ev dağılıb. Dağıntılar altında iki nəfərin qaldığı bildirilir.

***

İrəvanın Erebuni rayonunda baş verən partlayışdan sonra dağıntılar altından 2 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılıb.

Bu barədə jurnalistlərə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan məlumat verib.

Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından kişi və qadının meyitini çıxarıblar.

Qeyd edilib ki, axtarış işləri davam etdiriləcək.

Bundan əvvəl xilasedicilər daha iki nəfəri xilas edərək xəstəxanaya çatdırıblar.

 



Xəbər xətti