Yanvar ayında Əl-Əqsa məscidinə 22 basqın həyata keçirilib

18:09 5 Fevral 2024

Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi qeyri-qanuni yəhudi işğalçılarının yanvar ayında Məscidül-Əqsaya 22 dəfə basqın etdiyini, İsrail qüvvələrinin isə Hebron şəhərindəki İbrahim məscidində 47 dəfə azan oxunmasının qarşısını aldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Fələstinin Vəqflər və Dini İşləri naziri Hatəm əl-Bəkri verdiyi yazılı açıqlamada fanatik yəhudi işğalçılarının Məscidül-Əqsaya hücumları ilə bağlı məlumat verib.

Bəkri fanatik yəhudi işğalçılarının Hebrondakı İbrahim məscidinə hücumlarına toxunaraq deyib: “Məscidül-Əqsa,  zaman və məkan baxımından onu bölmək cəhdi çərçivəsində cümə və şənbə günləri istisna olmaqla, hər gün səhər və axşam mühacirlərin hücumlarına məruz qalır".

Kənan

Sitat.info



Xəbər xətti