Fransada müəllimlərin maaşlarının yaxşılaşdırılması və yeni təhsil tənzimləməsinin dəyişdirilməsi tələbi ilə yenidən tətil edəcəkləri açıqlanıb.
Sitat.info xəbər verir ki, Franceinfo xəbər saytının məlumatına görə, ölkənin aparıcı təhsil birlikləri tərəfindən edilən çağırışda müəllimlərin fevralın 6-da tətilə gedəcəkləri bildirilib.
Tətil çağırışında önə çıxan tələblər arasında iş şəraitinin yaxşılaşdırılması və maaş artımı olduğu halda, Fransanın baş naziri Qabriel Attalın açıqladığı yeni təhsil qaydaları ilə bağlı tələblər də həftə ərzində keçiriləcək mitinqlərdə dilə gətiriləcək.
Kənan
Sitat.info