Venesuelada 5,1 bal gücündə zəlzələ qeydə alınıb

11:00 6 Fevral 2024

Venesuelanın şimalındakı Sukre ştatında 5,1 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri təxminən 40 min nəfər əhalisi olan Quiriya şəhərindən 12 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.



Xəbər xətti