MM-in plenar iclasının gündəliyinə dəyişiklik edildi

15:34 11 Aprel 2022

Milli Məclisin sabahkı plenar iclasının gündəliyinə dəyişiklik edilib.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, toplantının gündəliyindəki məsələlərin sayı 4-dən 6-ya çatdırılıb.

Parlamentin sabah keçiriləcək iclasında aşağıdakı məsələlər müzakirə olunacaq:

1. "Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında" təqdimat;

2. "Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında" təqdimat;

3. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

4. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

5. Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

6. Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).



Xəbər xətti