Türkiyənin İstanbul çəhərində Çağlayan Məhkəməsi qarşısında silah səsləri çaxnaşmaya səbəb olub.
Sitat.info yerli mənbələrə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis qrupları cəlb edilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində iki nəfər həyatını itirib, ikisi polis olmaqla, üç nəfər yaralanıb.
Binaya giriş və çıxış bağlanıb.