Rusiya: İsrailin Moskvadakı səfirinin bəyanatları qəbuledilməz və təxribat xarakterlidir

14:55 6 Fevral 2024

Rusiya Xarici İşlər Nazirliyi İsrailin Moskvadakı səfiri Simona Halperinin Rusiyaya qarşı bəyanatlarının “qəbuledilməz” və “təxribat xarakterli” olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Nazirlik Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində Halperinin dediklərini tənqid və təkzib edən bəyanat yayıb.

Müsahibədə Halperin “Beynəlxalq Holokostu Anma Gününün Rusiyada rəsmi olaraq elan edilmədiyini” bildirib və aşağıdakı ifadələr səsləndirilib:

"İsrail səfiri müsahibədə Rusiyaya qarşı qəbuledilməz və təxribat xarakterli açıqlamalar verib. İlk növbədə yada salmaq yerinə düşər ki,  27 yanvar BMT Baş Assambleyası tərəfindən Rusiyanın təşəbbüsü ilə Beynəlxalq Holokostu Anma Günü elan edilib. Bu tarix Rusiya tərəfindən seçilməyib. 1945-ci ilin elə həmin günü Qırmızı Ordu Polşadakı Osvensim-Birkenau həbs düşərgəsini nasistlərdən azad etdi. Bu məlumat səfirin açıqlamalarının absurd olduğunu göstərir".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti