AB səfiri Azərbaycan mediasını ittiham etdi

16:00 6 Fevral 2024

Təəssüf edirəm ki, son günlər Azərbaycanda bəzi media orqanları AB-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc edir.

Sitat.info xəbər verir ki, bu sözləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün sosial şəbəkə səhifəsində qeyd edib.

“Mən vurğulayıram ki, EUMA( EU Mission in Armenia - AB-nin Ermənistandaki missiyası) mülki, silahsız bir missiyadır və onun əsas mandatı müşahidədir. Missiyanın mövcudluğu sabitlik və inamın yaradılmasına töhfə vermək məqsədi daşıyır. AB Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasına dəstək üçün səylərini davam etdirəcək”, - səfir bildirib.



Xəbər xətti