İsrailin oktyabrın 7-dən bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağında fələstinlilər, xüsusilə şimal bölgələrində içməli suya çatmaq üçün saatlarla növbə gözləyir, çirkli və ya içilməz su ilə həyatlarını davam etdirməyə çalışırlar.
Sitat.info xəbər verir ki, İsrail ordusu beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq, 123 gündür ki, Qəzza zolağına hücumlarını fasiləsiz olaraq davam etdirir. Hücumlarla yanaşı, İsrail xüsusilə şimal bölgələrinə humanitar yardımların girişini əngəlləyir və bölgədəki fələstinliləri aclıq və susuzluğa məhkum edir.
Bundan əlavə, İsrail ordusu bölgədəki su quyularını və su ehtiyatlarını bombalaması xalqın ciddi su qıtlığından əziyyət çəkməsinə səbəb olur.
Seymur Bənnayev
Sitat.info