Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin rəhbəri Alen Simonyan martın 23-27-də İsveçrədə görüşə bilər.
Sitat.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin ofisindən bildirilib.
Məlumata görə, konkret təkliflər hələ daxil olmayıb, görüşün belə formatı müzakirə edilə bilər.
Qeyd edək ki, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq martda ittifaqın növbəti assambleyası çərçivəsində Ermənistan və Azərbaycan parlamentləri sədrlərinin görüşünün keçirilməsinin planlaşdırıldığını demişdi.