Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbədənkənar prezident seçkilərində səs verib.
Sitat.info xəbər verir ki, F.Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Seçki məntəqəsində siyahıda 1 443 seçicinin adı var. 8 nəfər qeydiyyatdan çıxma ilə müraciət edib. İndiyədək 200-dən çox seçici səs verib.
Qeyd edək ki, ölkəmizdə bu gün növbədənkənar prezident seçkiləri keçirilir.