Baş prokuror Kamran Əliyev səs verib.
Sitat.info xəbər verir ki, Baş prokuror Kamran Əliyev 15 saylı Yasamal seçki dairəsinin 15 saylı məntəqəsində növbədənkənar Prezident seçkilərində səs verib.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.