Prezidentliyə namizədlər növbədənkənar prezident seçkilərində səs verir.
Sitat.info xəbər verir ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində, Prezidentliyə namizəd Zahid Oruc 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev isə 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.