Gürcüstanda torpaq sürüşməsi: ölənlər var

12:50 7 Fevral 2024

Gürcüstanın İmereti regionunda torpaq sürüşməsi baş verib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, gecə saatlarında baş verən sürüşmə nəticəsində 4 ev torpaq altında qalıb. 4 nəfərin öldüyü bildirilir.

Gürcüstan mətbuatının yazdığına görə, xilasedicilər dağıntı altında qalan 5 nəfərin axtarışına başlayıb.

Sürüşmə nəticəsində bir neçə yüz ev elektrik enerjisiz qalıb. Hadisə yerində 200-dən çox xilasedici və onlarla texnika işləyir.



Xəbər xətti