Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə mütəşəkkil şəkildə və böyük fəallıqla keçirilir.
Sitat.info xəbər verir ki, bunu MDB Baş katibi Sergey Lebedev deyib.
Lebedev onu da qeyd edib ki, Azərbaycan və Ermənistan sülhə doğru irəliləyir:
“Müqaviləni imzalamaq üçün müraciətlər uğur qazanarsa, şad olarıq. Açığını deyim ki, biz sizin qonşularınız, MDB məkanında tərəfdaşlarıyıq və biz həm də Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpa olunmasında, həm də gələcək mütərəqqi inkişaf üçün şərait yaradılmasında son dərəcə maraqlıyıq. Bu səylərdə təkcə Rusiya Federasiyası deyil, həm də qonşu dövlətlər - Gürcüstan, İran, Türkiyə də fəal iştirak edir.
Biz səmimi qəlbdən arzu edirik ki, Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpası üçün bu kollektiv səylər müvəffəqiyyətlə və tez bir zamanda tamamlansın", - o əlavə edib.