İsveç “Şimal axını” ilə bağlı araşdırmanı dayandırdı

15:00 7 Fevral 2024

İsveç rəsmi olaraq “Şimal axını” partlayışları ilə bağlı araşdırmanı dayandırdığını elan edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayılıb.

“Buna səbəb şübhəlilərin hələ də müəyyən edilməməsi göstərilir”, - məlumatda deyilir.

Qeyd edək ki, “Şimal axını”nda partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib. Rəsmi olaraq Almaniya, Danimarka və İsveç istintaqa cəlb edilib, lakin hələ də araşdırmanın nəticəsi yoxdur. Rusiyanın iş materialları ilə tanış olmasına icazə verilmir.



Xəbər xətti