Azərbaycanda növbədənkənar prezident seçkiləri qüsursuz təşkil olunub.
Sitat.info Report-a istinadən xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.
“Mən indi Bakıdayam və vətəndaşların seçki məntəqələrində necə növbələrə durduğunun şahidi olmuşam. Hər yerdə nizam-intizam var. Təhlükəsizlik tədbirləri çox yaxşı şəkildə təşkil olunub, hər şeyi izləyən çoxlu polis əməkdaşları var. Seçkilərin təşkili baxımından hər şey tam qüsursuz həyata keçirilib”, - o qeyd edib.
“Azərbaycan xalqı başa düşür ki, qlobal dəyişikliklərin belə çətin dövründə ölkəyə rəhbərlik edəcək şəxsin seçilməsi son dərəcə böyük məsuliyyətdir. Buna görə Azərbaycan əhalisi fəal şəkildə seçkilərdə iştirak edir”, - Y.Mixaylov vurğulayıb.