STM də seçki nəticəsini elan etdi - "Ekzit-poll"

20:07 7 Fevral 2024

Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “ekzit-poll”un nəticələrini açıqlayıb.

Sitat.info xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92.4 faiz səsini qazanıb.

Zahid Oruc 2.2 faiz, Fazil Mustafa 2 faiz, Qüdrət Həsənquliyev 1.6 faiz, Elşad Musayev 0.8 faiz, Razi Nurullayev 0.6 faiz, Fuad Əliyev 0.4 faiz səs toplayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.



Xəbər xətti