Rusiyada iki nəfərin namizədliyi qeydə alınmadı

15:19 8 Fevral 2024

Rusiya Mərkəzi Seçki Komissiyası namizədliyi Vətəndaş Təşəbbüsü Partiyasından irəli sürülmüş Boris Nadejdinin prezidentliyə namizədliyinin qeydə alınmasından imtina edib.

Sitat.info xəbər verir ki, bu barədə MSK-dan məlumat verilib.

Nadejdinin qeydə alınmamasına səbəb toplanmış seçici imzalarında xeyli qüsurların olması göstərilib.

Rusiya Kommunistləri Partiyasından namizədliyi irəli sürülmüş Sergey Malinkoviç də qeydə alınmayıb.

MSK-dan bildirilib ki, Malinkoviçin təqdim etdiyi 105 min imzanın 8979-u etibarsız sayılıb.

Malinkoviç verilən qərara etiraz etməyəcəklərini bildirib.



Xəbər xətti