Qarabağın ən böyük, Laçın rayonunun isə ilk məscidi inşa edilir.
Sitat.info xəbər verir ki, bu barədə AzTV-nin Laçına ezam olunmuş əməkdaşı məlumat verib.
Qeyd edilib ki, bu ilin sonuna kimi həmin məscidin təhvil verilməsi planlaşdırılıb.
O da bildirilib ki, Laçında bərpa və yenidənqurma işlərinin ikinci mərhələsi başlayıb. Bu mərhələdə 500 evdə təmir-bərpa işləri aparılacaq və ilin sonuna kimi bu evlər sakinlərin istifadəsinə veriləcək.