Azərbaycanda müşahidə olunan isti havanın səbəbi

18:20 8 Fevral 2024

Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti müşahidə olunur:

“Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə alınmışdı. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ilin fevralında 21 dərəcə, 2021-ci ilin fevralında 22 dərəcə, 2020-ci il fevralında isə 25 dərəcəyədək yüksəlmişdi”.

 



Xəbər xətti