Rusiya NATO-ya qəbul oluna bilərdi - Pentaqon

09:30 9 Fevral 2024

2000-ci illərin əvvəllərində Rusiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirlər olub və özüm də orada iştirak etmişəm.

Sitat.info xəbər verir ki, bunu Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib.

O bildirib ki, məhz o zaman Rusiya hakimiyyəti NATO ilə tərəfdaşlıq əlaqələri qurdu.

“Həmin vaxt hətta Rusiya Federasiyasının Şimali Atlantika Alyansına üzvlük meyarlarına cavab verə bilməyəcəyi ilə bağlı müzakirələr də gedirdi”, – Pentaqon rəsmisi xatırladıb.



Xəbər xətti