Albaniyanın Baş naziri Azərbaycana səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Baş nazir Edi Rama X sosial şəbəkə hesabında məlumat verib.
O, tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözlədiyini bildirib.
Qeyd edək ki, Albaniyanın Nazirlər Şurası 2023-cü ilin mart ayında ölkənin xarici işlər nazirinin təklifi əsasında Azərbaycanda səfirliyin açılması ilə bağlı qərar qəbul edib.