Yalçın Topçu İlham Əliyevi təbrik etdi

10:55 9 Fevral 2024

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Azərbaycanda növbədənkənar prezident seçkilərində xalqının dəstəyi ilə yenidən prezident seçilən Vətən müharibəsinin müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevi ürəkdən təbrik edirik. Bu seçkinin nəticəsinin başda uca Azərbaycan xalqı olmaqla, regionun əmin-amanlığına, firavanlığına və rifahına daha çox töhfə verəcəyi şübhəsizdir. Türkiyə və Azərbaycan xalqı qardaşlıq ruhunun təməlində, bu günə qədər olduğu kimi bundan sonra da “Bir ananın iki oğlu” olaraq hər sahədə daha güclü olmaq hədəfinə doğru çiyin-çiyinə, əzmlə addımlamağa davam edəcəklər. Allah Azərbaycanımızı qorusun, şöhrətləndirsin!”, - Topçu bildirib.



Xəbər xətti