Ukrayna Prezidenti Vladimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Ukrayna Qəhrəmanı adını verib.
Sitat.info xəbər verir ki, fərman Ukrayna prezidentinin saytında dərc olunub.
“General-leytenant Budanov Kirill Alekseyeviçə “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adı verilsin”, - fərmanda bildirilib.
Qeyd edək ki, bundan öncə Zelenski istefaya göndərilən Valeri Zalujnıya “Ukrayna Qəhrəmanı” adı vermişdi.