Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Kobaxidzeni bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.
Sitat.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Ə.Əsədov İ.Kobaxidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bundan başqa, tərəflər iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.