ABŞ-dan İsrailə Refah xəbərdarlığı: "Bu, fəlakət olardı"

16:19 9 Fevral 2024

 ABŞ Dövlət Departamenti sözçünün müavini Vedant Patel İsrailin Qəzza zolağında Rəfaha qarşı planlaşdırdığı hərbi əməliyyatla bağlı açıqlama verib.

Sitat.info xəbər verir ki, Patel, Birləşmiş Ştatlar İsrailin bir milyondan çox mülki köçkün üçün “ciddi planlaşdırma olmadan” Rəfahdakı hərbi əməliyyatını dəstəkləməyəcək.

"1 milyon insanın yaşadığı bir bölgədə belə bir əməliyyatın planlaşdırılmamış və düşünülməmiş bir şəkildə təşkil edilməsi fəlakət olardı" - deyən Blinken də bunu İsrail baş naziri Benjaminə açıq şəkildə ifadə edib. 

Refahdakı 1 milyondan çox insan Qəzzanın şimalında və cənubda davam edən hərbi əməliyyatlara görə geri qayıda bilməyəcəyini nəzərə alsaq, hara gedə bilərlər?

Bu suala Patel belə cavab verib: “Bunlar israillilərin cavab verməli olduğu  haqlı suallardır”.
Patel onu da qeyd edib ki, hələki Rəfahda belə bir əməliyyatın keçirilməsi üçün ciddi planların olduğuna dair heç bir dəlil yoxdur.

Ayna,

Sitat.info



Xəbər xətti