Rusiya prezidenti Vladimir Putin “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsona verdiyi müsahibədə İstanbuldakı sülh danışıqlarının uğursuzluğunda Consonu günahlandırıb və “Bu müharibəni və döyüş əməliyyatlarını 1,5 il əvvəl dayandıra bilərdik” deyib.
Sitat.info xəbər verir ki, Moskvada Karlsona verdiyi müsahibədə Putin ABŞ, Aİ və NATO-ya səslənərək bildirib ki, onlar başa düşməlidirlər ki, Qərbin Ukrayna ilə müharibədə Rusiyanı məğlub etməsi “mümkün deyil”.
"İndiyədək döyüş meydanında Rusiyaya strateji məğlubiyyətin verilməsi ilə bağlı hay-küylər, qışqırıqlar eşidilirdi. Amma indi deyəsən, başa düşməyə başlayıblar ki, buna nail olmaq mümkünsə, çox çətindir. Məncə, mümkün deyil”, - Rusiya lideri bildirib.
Seymur Bənnayev
Sitat.info