Ermənistan sosial şəbəkə və bəzi media orqanlarında Baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevin andiçmə mərasimində iştirak edəcəyi ilə bağlı yayılan xəbərlər əsaslandırılmış deyil.
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Turab Rzayev deyib.
O bildirib ki, bu addım indiki halda Paşinyan hakimiyyətinə zərər verə, Ermənistan daxilində suallar yarada bilər:
“Hətta Paşinyan qatılmaq istəsə belə, Azərbaycan tərəfinin buna razılıq verəcəyinə inanmıram”.
Politoloq Elman Vəliyevin sözlərinə görə isə Paşinyan belə bir addım atmağa risk etməz:
“Paşinyanın İlham Əliyevin andiçmə mərasiminə qatılacağı ilə bağlı fikirlərin absurd olduğunu deyə bilərəm. Sülh bağlanmamış Paşinyan Bakıya necə gələ bilər? Paşinyan bu riski etməz”.