Qəzza hökuməti İsrailin aclıq və susuzluğa məcbur etdiyi Qəzza zolağının şimalında aclığın artdığını və bununla mübarizə üçün gündə 1000 yardım maşınına ehtiyac olduğunu açıqlayıb.
Sitat.info xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrailin 126 gündür hücumlarını davam etdirdiyi Qəzzada vəziyyətlə bağlı xəbərdarlıq edilib.
Açıqlamada deyilir: "Qəzza zolağının şimalında aclıq artmaqdadır və biz onun təhlükəli nəticələrinə görə tamamilə ABŞ və İsrail işğalını məsuliyyətli görürük".
Seymur Bənnayev
Sitat.info